Mingəçevir Dövlət Universitetinin rektoru bilik yarışında universiteti təmsil edən komanda ilə görüşüb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin rektoru

bilik yarışında universiteti təmsil edən komanda ilə görüşüb

 

Mingəçevir Dövlət Universitetinin tələbələrindən ibarət komanda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında 8-ci yerə layiq görülüb.

Bu münasibətlə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov yarışda universiteti təmsil edən iştirakçılarla görüşüb.

Rektor Şahin Bayramov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Mingəçevir Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi-tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Rektor Ş.Bayramov gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə çıxış edən tələbələr onların asudə vaxtlarının səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər.

           Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti bilik yarışında 8-ci yeri tutmaqla 49 ali təhsil müəssisəsi arasında 14-18-ci yerləri bölüşüb.

{phocagallery view=category|categoryid=262|limitstart=0|limitcount=0}