Daha bir MDU tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub

  • Рубрика записиBeynəlxalq / ERASMUS+

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tələbəsi Nahid Məmmədli “Erasmus+” mübadilə proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində cari tədris ilinin yaz semestrini uğurla başa vurub. Bu münasibətlə, 2023-cü ilin iyulun 18-də MDU-nun rektoru Şahin Bayramov N.Məmmədli ilə görüşüb.

Görüşdə beynəlxalq mübadilə proqramlarında iştirakın üstünlüklərindən bəhs edən rektor Ş.Bayramov Avropada tədris müddətini müvəffəqiyyətlə başa çatdıran N.Məmmədlini təbrik edib və ona uğurlar arzulayıb.

Tələbə N.Məmmədli göstərilən diqqətə və yaradılan imkanlara görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi məqsədilə “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakı təmin etmək üçün müvafiq şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Hazırda “Erasmus+” proqramı çərçivəsində MDU 1 layihəyə koordinatorluq, 3 layihəyə isə tərəfdaşlıq edir. Eləcə də, Avropanın bir sıra universitetləri ilə tələbə və heyətin mübadiləsi üzrə protokollar imzalanıb.