Вы сейчас просматриваете Sloveniya Respublikasının Nova Gorica Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir

Sloveniya Respublikasının Nova Gorica Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universiteti akademik heyət üzvləri və tələbələrin mübadiləsinin həyata keçirilməsi üçün sənəd qəbulu elan edir.

Mühəndislik sahəsində olan ixtisaslar üzrə fənn tədris edən müəllimlər və ekologiya istiqamətində ixtisaslarda təhsil alan tələbələr mübadilə proqramına müraciət edə bilərlər.

Proqramda iştirak etmək üçün tələblər aşağıdakılardır:

  • İngilis dili biliyi (minimum B2 səviyyədə)
  • İstiqamətin uyğunluğu
  • Motivasiya məktubu
  • Tövsiyə məktubu
  • Digər sənədlər.

Son müraciət tarixi:  10 mart 2024-cü il

Ətraflı məlumat və müraciət üçün Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq əməkdaşlıq ofisinə müraciət edə bilərsiniz.

Samirə Əhmədova

MDU-nun Beynəlxalq əməkdaşlıq üzrə koordinatoru

samira.ahmadova@mdu.edu.az , iro@mdu.edu.az