Mingəçevir Dövlət Universiteti tələbə və müəllimlər üçün beynəlxalq akademik mübadilə imkanlarını genişləndirməyə davam edir. Universitetdə 2026–2027-ci tədris ilinin payız və yaz semestrləri üçün mübadilə proqramına müraciətlərin qəbulu (əlavə kvota üzrə) elan edilir.
Türk dünyası ölkələrinin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Orhun Mübadilə Proqramı tələbə və müəllimlərin akademik təcrübə mübadiləsini, elmi əməkdaşlığı və beynəlxalq təhsil mühitində iştirakını təşviq edən mühüm təşəbbüslərdən biridir. Proqram universitetlərarası əməkdaşlığın inkişafına, bilik və təcrübə paylaşımına, eləcə də dayanıqlı və inklüziv təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.
Elan və müraciət tarixləri
Ali təhsil müəssisələrində mübadilə elanlarının yayımlanması və müraciətlərin qəbul edilməsi:
4 mart 2026 – 18 mart 2026
Müraciətlərin qiymətləndirilməsi və nəticələrin bildirilməsi
Tələbə və müəllim müraciətləri dəyərləndirildikdən sonra nəticələrin Koordinator Universitetə göndərilməsi və universitetlər üzrə bölgünün aparılması:
25 mart 2026 – 13 aprel 2026
Yekun nəticələrin açıqlanması
Nəticələrin Koordinator Universitetə təqdim olunması və ümumi nəticələrin elan edilməsi:
20 aprel 2026
Kvota və ixtisaslar üzrə məlumat
Proqram çərçivəsində iştirak edən universitetlər və ixtisaslar üzrə kvotaların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Universitetlər və ixtisaslar üzrə kvota cədvəli
Müraciət üçün tələb olunan sənədlər
Tələbə mübadiləsi üçün
- Tələbə məlumat formu
- Transkript (qiymət cədvəli) –
Dekanatdan əldə edilməlidir və aşağıdakı formada təqdim olunmalıdır: - Azərbaycan dilində orijinal sənəd
- İngilis dilinə tərcümə edilmiş versiya
Müəllim mübadiləsi üçün
Müraciət zamanı diqqət edilməli şərtlər
- Müraciət zamanı yalnız bir universitet və bir semestr seçilə bilər.
- Bütün sənədlər kompüterdə doldurulmalıdır (əl ilə doldurulan sənədlər qəbul edilmir).
- Tələbələrin ümumi akademik orta balı (ÜOMG) 100 ballıq sistem üzrə ən azı 75 olmalıdır.
Контакт
Mübadilə proqramında iştirak etmək istəyən tələbə və müəllimlər qeyd olunan sənədləri dolduraraq aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
Dəstək üçün Beynəlxalq əməkdaşlıq və əlaqələr şöbəsinə (əsas korpus, 211-ci otaq) müraciət edə bilərsiniz.