Prezident İlham Əliyev : “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”

  • Рубрика записиXəbərlər (AZ)

Prezident İlham Əliyev : “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq

       Bildiyimiz kimi fevralın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər ediblər. 30 ildən sonra azad edilmiş torpqalarımıza səfərləri zamanı dövlətimizin başçısı düşmənin darmadağın etdiyi ərzilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən bəhs edərək məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın doğma ata yurdlarına qayıtması üçün hər cür şəraitin yaradılacağını bildirib. Son səfərində də cənab İlham IƏiyev bildirib ki, torpaqların bərpası prosesi artıq başlamışdır.Dağılmış bütün kəndlər bərpa ediləcək.

Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Yəni uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri başlanılıb. Bununla bağlı Prezident İlham Əliyev belə deyib: “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

Qeyd edək ki, erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

”Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”,- deyən prezidentimizin tapşırıqları uğurla icra olunur. Səfər çərçivəsində dövlətimizin başçısı Laçın rayonun Güləbird kəndində inşa olunan su elektrik stansiyasının açılışını edib. Torpaqlarımızda düşmənin törətdiri dəhşətli işlərdən biri də odur ki, onlar hər tərəfə minalar basdırıblar və hazırda mina təmizləmə prosesi aparılır.

İnsanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq. “Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb”. Dövlət başçısının bu fikirlərinə istinadən demək olar ki, artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Rayonların kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.

İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. Lakin ədalət bərpa lundu. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır.

Prezident İlham Əliyev qeyd edib ki, “Dağıdılmış evlər erməni faşizminin törətdiyi əməllərdir. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir”. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını – Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb.

Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır.

1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib. Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb.Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.

Prezidentin göstərişilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Prezident İlham Əliyev qeyd edib ki, “Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq”. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Həyata keçiriləcək işlər çərçivəsində Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.

Səfəri zamanı İlham Əliyevin, strateji əhəmiyyəti böyük olan, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına töhfə verəcək. Həm də bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Torpaqlarımızın işğalçılardan azad edilməsi bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhunu nümayiş etdirdi.

Azərbaycanda həyta keçiriləcək quruculuq tədbirləri regionun inkişafına yol açacaq. Belə ki, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır.

Həmçinin İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır.

Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətininmaliyyəsi iləreallaşıb.

Prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.

Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Lakin bu böş bir xəyaldır. Dünya dövlətləri də, erməni diasporu da, separatçılar, ermənipərəst dövlətlər də Azərbaycanın gücünü, qüdrətini gördü. 44 günlük müharibə zamanı vətənpərvər Azərbaycan övladları öz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad edərək böyük qələbəmizi qazandılar. Azərbaycan qalib ölkə kimi özünü göstərdi. Zəfər bizim oldu. Buna istinad edən dövlətimizin başçısı bildirib ki, ”Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq”. “Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür”. Bəli, döyüş günlərində Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur olmuşdur. Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Azərbaycan xalqının vətənpərvərliyi, dövlətimizin başçısının ətrafnda birləşməsi qələbəmizi daha da tezəşdirdi. Kənardan yayılan boş söz söhbətlər əsgərlərimizin döyüş əzmini, xalqımızın sabaha olan inamını qıra bilmədi və nəticə gözəl oldu. Azərbaycan zəfər çaldı.

Geriyə baxanda ürəkdağlayan hadisələri xatırlayırıq. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. “AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib2 ;- deyə\n dövlətimizin başçısı əlavə edib ki, “Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! AXC-Müsavat cütlüyünün satdığı torpaqları biz döyüşürək azad etmişik”.

Prezident İlham Əliyev deyib ki, “Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”. “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik”. “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq”. ”Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Müstəqil Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Ölkəmizin hər yerində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Azərbaycanın dördüncü sənaye şəhəri olan, həm də gözəlliklər şəhəri olan Mingəçevirdə illərdir ki, müasir abadlıq quruculuq, əsaslı tikinti işləri həyata keçirilir. Bi işlər çərçivəsində şosse yolları asfaltlanmıəş, işıqlandırma sistemi yenilənmişdir. Şəhərimizdə fəaliyyət göstərən orta məktəblərin bir çoxu, həmçinin bəzi uşaq bağçaları əsaslı təmir olunub və ya yenidən inşa olunmuşdur. Həmçinin şəhərimizdə parklarda əsaslı quruculuq işləri aparılıb, yeni park və istirahət mərkəzləri yaradılıb. Kommunal xidmət sahələrində yenidənqurma işləri başa çatıb. Məhəllələrdə əhalinin rahatlığının təminatı üçün asfaltlanma, işıqlandırma işləri görülüb, yaşayış binalarının fasadları suvanaraq rənglənib, blokları əsaslı təmir edilib, nümunıvi məhəllələr yaradılıb. Dölətmizin başçısının tapşırıq və tövsiyyələrinə əsasən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülən işlər ürıkaçandır. Yurdumuzun hər yeri gözəlləşir, Azərbaycan inkişaf edir. Bu reallıq bizim sabaha olan inamımızı artırır.

Mingəçevir Dövlət Universitetinin

tarix müəllimi İlham Məmmədov