Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Regional və qlobal əmək bazarının analizi” mövzusunda təlim təşkil olunub.
Təlim professor Elnur Sadıqov tərəfindən keçirilib. Təlim zamanı regional və qlobal əmək bazarında baş verən müasir dəyişikliklər, əmək bazarının formalaşmasına təsir edən iqtisadi və sosial amillər, həmçinin müxtəlif ölkələrin əmək bazarı siyasətinin əsas xüsusiyyətləri haqqında iştirakçılara geniş məlumat verilib.
Professor Elnur Sadıqov çıxışı zamanı əmək bazarının təhlilində istifadə olunan müasir metodlar, statistik göstəricilər və beynəlxalq təcrübə barədə də fikirlərini bölüşərək bu istiqamətdə aparılan tədqiqatların əhəmiyyətindən bəhs edib.
Təlim çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və əmək bazarının gələcək inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əmək bazarının tələblərinə uyğun müasir bilik və bacarıqların formalaşdırılması, tələbələrin analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.