Rektor Şahin Bayramovun ADNSU-nun 100 illiyi ilə əlaqədar təbriki!

  • Рубрика записиXəbərlər (AZ)

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 yaşı tamam olur.

Bu münasibətlə ADNSU-nun rəhbərliyini, professor-müəllim və inzibati-texniki heyət üzvlərini, tələbə və məzunlarını Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ADNSU-nun 100 illik yubileyinin qeyd edilməsi ali təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsidir və universitetin cəmiyyət həyatında əhəmiyyətli rol oynadığını təsdiq edir.

ADNSU ölkəmizin inkişafına əhəmiyyətli töhfələr verən yüksək ixtisaslı mütəxəssislər və elmi kadrlar hazırlayan qocaman ali təhsil müəssisələrindən biri kimi tanınır.

Ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, sıralarında görkəmli alimlər və tanınmış dövlət xadimləri olan universitetin məzunları hər zaman öz peşəkarlığı ilə seçilib.

Sevindirici haldır ki, ADNSU 100 illik yubileyi ərəfəsində yeni keyfiyyət mərhələsinə qədəm qoyub.

Son dövrdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblər səviyyəsində qurulması, innovativ tədqiqat universitetinə çevrilmək və digər istiqamətlərdə mühüm uğurlar əldə edən ADNSU qarşıya qoyduğu yeni hədəflərə doğru inamla addımlayır.

Danılmaz həqiqətdir ki, ADNSU hazırda milli ali təhsilimizin ümumi mənzərəsinin müəyyən edilməsində və ölkəmizin beynəlxalq təhsil məkanında təmsil olunmasında mühüm rol oynayır.

Əlamətdar yubiley münasibətilə ADNSU-nun çoxminlik kollektivini bir daha təbrik edir və həmkarlarımıza ali təhsilimizin inkişafına xidmət edən gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

#ADNSU #ADNSU100

#MDU #MingəçevirDövlətUniversiteti

#MSU #MingachevirStateUniversity