Rektor Şahin Bayramovun Mingəçevir şəhərinin yaradılması ilə bağlı təbriki

  • Рубрика записиXəbərlər (AZ)

Rektor Şahin Bayramovun Mingəçevir şəhərinin yaradılması ilə bağlı təbriki

 

11 noyabr Mingəçevir şəhərinin yaradılması günüdür.

Fərəhləndirici haldır ki, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində Mingəçevir şəhərinin 73 yaşını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərimizin ideyalarına əsaslanan uğurlu siyasəti nəticəsində davamlı şəkildə güclənən ölkəmizin hərtərfli inkişafında Mingəçevir şəhəri mühüm paya sahibdir.

Mingəçevirdə həyata keçirilən geniş abadlıq və quruculuq işəri nəticəsində doğma şəhərimiz davamlı gözəlləşir və modernləşir.

Reallaşdırılan sistemli layihələr Mingəçevir şəhərinin iqtisadi potensialının yüksəlməsini şərtləndirir.

Əlamətdar gün münasibətilə Mingəçevir Dövlət Universitetinin professormüəllim və inzibatitexniki heyət üzvləri, tələbə, magistrant və məzunlarının simasında bütün mingəçevirliləri ürəkdən təbrik edirəm.