Вы сейчас просматриваете Rektor Şahin Bayramov yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib

Rektor Şahin Bayramov yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin dəyərli üzvləri!

Bu gün 2022/2023-cü tədris ilinə start veririk.

Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

İndiyə qədər əldə etdiyimiz bütün nailiyyətlərdə hər birinizin ayrıca payı vardır.

Əminəm ki, MDU-nun yenin dövrün universitetinə çevrilməsi yolunda növbəti nailiyyətlərə imza atacağımız yeni tədris ili hər biriniz üçün uğurlu olacaqdır.

MDU əməkdaşları və tələbələri bizim üçün dəyərdir.

Bu dəyəri gücləndirmək, qorumaq və MDU-nun uğurları üçün səfərbər etmək əsas missiyamızdır.

Universitetimizin auditoriyalarına tələbə statusunda ilk dəfə daxil olacaq tələbə dostlarımıza bir daha MDU ailəsinə xoş gəldiniz deyirəm.

YENİ TƏDRİS İLİMİZ MÜBARƏK OLSUN!

Belə bir gündə bütün ŞƏHİD qardaşlarımızı böyük ehtiramla anırıq.

 

Paylaşıma keçid