MDU-da seminar: Marketinq və biznes

  • Рубрика записиKaryera

2023-cü il mayın 3-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə ˝Marketinq və biznes˝ mövzusunda seminar keçirilib.

MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlarının iştirak etdiyi seminarda Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Oqtay Quliyev təqdimatla çıxış edib.

Təqdimat zamanı biznes modelinin yaradılmasında marketinq tədqiqatlarının və strategiyalarının rolu, müştərilərdən daxil olan məlumatların işlənilməsi və satış taktikalarının formalaşdırılmasında onların tətbiqi, müəssisənin uzunmüddətli rəqabətə davamlı olmasında diqqət yetirilməli məqamlar və digər məsələlərdən bəhs edilib, marketinq və biznes təhsilinin önəmindən danışılıb.

 Maraqla qarşılanan təqdimatla bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.