MDU-da seminar: “Öyrən və tətbiq et”

  • Рубрика записиKaryera

2023-cü il mayın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Öyrən və tətbiq et” mövzusunda seminar keçirilib. Universitetin bir qrup tələbə və magistrantının iştirak etdiyi seminarda MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Günel Kərimli və İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Kənan Mustafayev təqdimatla çıxış ediblər.

Təqdimat zamanı marketinqin əsasları, reklam və tanıtımın növləri, kommunikasiyanın genişləndirilməsi mexanizmləri, rəqabət bazarının seqmentləşdirilməsi, verilənlər bazasının səmərəli idarə edilməsi, müştəri məmnunluğunun davamlılığının təmin edilməsi və strategiyanın qurulması haqqında ətraflı məlumat verilib və tətbiqi xarakterli tapşırıqlar yerinə yetirilib.

Maraqla qarşılanan seminarda iştirakçıların sualları cavablandırılıb.