Mingəçevir Dövlət Universitetində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan elminin görkəmli nümayəndəsi, tanınmış kimyaçı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “120 ilin işığı: Azərbaycan elminin parlaq zirvəsi” mövzusunda Kimya dərnəyinin elmi-praktik seminarı təşkil edilib. Tədbir 19 noyabr 2025-ci il tarixində MDU-nun II tədris binasının kiçik akt zalında baş tutub

Seminar Ulu Öndər Heydər Əliyevin akademik Yusif Məmmədəliyevin elm və ictimai fikir tarixində müstəsna rolunu vurğulayan fikirləri ilə açıq elan olunub. Ulu Öndərin “Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı… Azərbaycan xalqının tarixinin böyük bir fəslidir” sözləri tədbirin ideya məramını xüsusilə önə çəkib

Seminarın moderatoru, Kimya dərnəyinin rəhbəri Lalə Rəsulzadə iştirakçıları salamlayaraq akademikin zəngin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı mühüm rolundan danışıb

Tədbir “Akademik Yusif Məmmədəliyev – Elmin nurlu yolu” adlı videoçarxın nümayişi ilə davam etdirilib. Ardınca MDU-nun K22 qrupunun tələbələri alimin elmi irsi haqqında təqdimatla çıxış ediblər

Seminarda həmçinin K23 qrup tələbələrinin hazırladığı “Alkilləşmə prosesinin kəşfi” adlı səhnəcik nümayiş olunub. Daha sonra KB25 qrupunun tələbələri Şair Təbibin “Yusif zirvəzi” poemasından seçilmiş hissələri səsləndiriblər

Tədbirin davamında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya Olimpiadası”nın qalibləri təltif edilib. Sonda iştirakçılar mövzu ətrafında müzakirələr aparıblar

MDU-da keçirilən bu seminar akademik Yusif Məmmədəliyevin zəngin elmi irsinin gənc nəsillərə tanıdılması, elmə marağın artırılması və kimya sahəsində biliklərin dərindən mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.