MDU-da  “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təmin olunması və pozulmasının qarşısının alınması” mövzusunda elmi-praktik seminar keçirilib

  • Рубрика записиMDU xəbərləri

2025-ci ilin 30 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təmin olunması və pozulmasının qarşısının alınması” mövzusunda elmi-praktik seminar keçirilib

Seminarı universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev açaraq, mövzunun aktuallığını vurğulayıb və tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra müxtəlif istiqamətlərdə məruzələr dinlənilib. iştirakçılara tədbirin əhəmiyyəti haqqında məlumat verərək, bu mövzuların müasir dövrdə aktuallığını vurğulayıb. Onun çıxışından sonra mövzuya dair hazırlanan videoçarx nümayiş etdirilib.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun hüquqşünası Polad Atayev “İnsan və vətəndaşın əsas hüquq və azadlıqları, onların növləri və müdafiəsinin səmərəli təmin edilməsi” mövzusunda çıxış edib.

Təhsil fakültəsinin dekan müavini Aygün Qədirova Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının müdafiəsi, işğal nəticəsində mədəni irsimizə vurulan ziyanın beynəlxalq təşkilatlara çatdırılması istiqamətində aparılan işlərdən danışıb.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği, narkomaniya və alkoqolizmə qarşı mübarizə, IV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası” mövzusunda məruzə edib.

Həmin kafedranın müəllimi Xəlil Yusifli isə “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığı məsələləri” barədə fikir və təkliflərini bölüşüb.

Çıxışlardan sonra iştirakçılar arasında geniş müzakirələr aparılıb, təklif və rəylər səsləndirilib.

 Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd insan hüquq və azadlıqlarının qorunması sahəsində nəzəri biliklərin artırılması və praktik tövsiyələrin formalaşdırılması olub.