Mingəçevir Dövlət Universitetində “Sosial körpülər” Startap Marafonu keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları və Humanitar fənlər kafedralarının birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan SDG 10 – Bərabərsizliyin azaldılması istiqamətinə həsr olunmuş “Sosial körpülər” Startap Marafonu keçirilib. Marafonun əsas məqsədi tələbələrin sosial innovasiya və startap ideyaları vasitəsilə cəmiyyətdə bərabər imkanların genişləndirilməsi, sosial inklüzivliyin təşviqi və müxtəlif sosial qruplar arasında əlaqələrin gücləndirilməsinə töhfə verən layihələrin təqdim olunması olub.

Tədbirdə hər iki kafedranı təmsil edən tələbələrdən ibarət 6 komanda sosial bərabərliyin təşviqi və ictimai problemlərin innovativ həlli istiqamətində hazırladıqları startap layihələrini təqdim ediblər.

Marafonda təqdim olunan layihələr aşağıdakılar olub:

“Bərabər addım” komandası
Layihə: AccessMap – Əlçatan şəhər xəritəsi
Komanda üzvləri:

  • Quliyeva Arzu – T24
  • Cəfərli Dəniz – T24
  • Bayramov Polad – T23.2

“Orbital” komandası
Layihə: Re-Route
Komanda üzvləri:

  • Mirzəməmmədov Ümid – İT 23.1
  • Süleymanov Nicat – İT 24.1
  • Məcidli İlahə – İT 24.1
  • Şıxiyev Məhəmmədəli – İT 24.1

“Equalway” komandası
Layihə: Transport Bridge
Komanda üzvləri:

  • Mahmudov Nihat – İT 23.1
  • Rövşən Məmməd – İT 23.2
  • Mustafazadə Nihat – İT 23.1

“Gələcəyin körpüsü” komandası
Layihə: Kənddən şəhərə imkan
Komanda üzvləri:

  • Əliyev Seymur – İT 23.1
  • Əliməmmədov Pərvin – İT 23.1
  • Rəfiyev Ruslan – İT 23.1
  • Mirzəməmmədov Ümid – İT 23.1

“Sosial innovatorlar” komandası
Layihə: Bridge Up – gəncləri birbaşa sənaye peşəkarları ilə birləşdirən rəqəmsal platforma
Komanda üzvləri:

  • Məmmədli Xumar – T23.1
  • Şıxməmmədova Türkan – T23.1
  • Zülfüqarova Rəqsanə – T23.2

“BridgeMakers” komandası
Layihə: Invest Bridge
Komanda üzvləri:

  • Əbdilov Nicat – İT 23.2
  • İsrayılov Ömər – İT 23.2
  • Cəfərli Nurlan – İT 23.2
  • İlyasov Sənan – İT 23.2
  • Abdulxalıqov Murad – İT 23.2

Komandaların təqdim etdiyi layihələr dinlənildikdən sonra ekspertlərin qiymətləndirməsi əsasında marafonun nəticələri müəyyənləşdirilib. Belə ki:

  • I yer – 27 balla “BridgeMakers” komandası
  • II yer – 23 balla “Equalway” komandası
  • III yer – 20 balla “Orbital” komandası

Marafonda ekspert qismində Ömürboyu Təhsil Mərkəzinin müdiri Vəfa Məhərrəmova, İnformasiya texnologiyaları kafedrasının müəllimi Leyla İsmayılzadə və Humanitar fənlər kafedrasının müəllimi Şəlalə Quliyeva iştirak edərək layihələri qiymətləndiriblər.

Qeyd edək ki, bu kimi təşəbbüslər tələbələrin innovativ düşüncə, sosial sahibkarlıq və startap mədəniyyəti sahəsində bacarıqlarının inkişafına töhfə verir, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə SDG 10 – Bərabərsizliyin azaldılması istiqamətində yeni ideya və həllərin formalaşmasına imkan yaradır.