Вы сейчас просматриваете Tacikistanda 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı

Tacikistanda 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı

2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq təqaüd proqramı elan edilir.

Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilidir.

Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub.

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.