Вы сейчас просматриваете Rumıniyanın Timoşoara Politexnik Universiteti “Erasmus+” proqramı çəçrivəsində sənəd qəbulu elan edir

Rumıniyanın Timoşoara Politexnik Universiteti “Erasmus+” proqramı çəçrivəsində sənəd qəbulu elan edir

  • Рубрика записиBeynəlxalq_ELAN

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Timoşoara Politexnik Universiteti akademik və inzibati heyət üzvlərinin mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başlayır.

Mübadilə Mingəçevir Dövlət Universiteti (MDU) və Timoşoara Politexnik Universiteti arasında “Erasmus+” proqramı çərçivəsində imzalanmış ikili saziş əsasında  həyata keçiriləcək.

Proqramda iştirak etmək üçün tələblər aşağıdakılardır:

–        İngilis dili biliyi (minimum B2 səviyyədə)    

–        Akademik istiqamətin uyğunluğu

–        Motivasiya məktubu

–        Tövsiyə məktubu

–        Digər sənədlər.

Son müraciət tarixi: 10 noyabr 2022

Ətraflı məlumat üçün MDU-nun Beynəlxalq əməkdaşlıq ofisi ilə əlaqə saxlamaq olar (iro@mdu.edu.az).