Вы сейчас просматриваете “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başladı!

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başladı!

Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul açıq elan edilmişdir.

Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kurs bakalavr tələbələri müraciət edə bilərlər. Seçilmiş 20 tələbə aylıq 200 AZN təqaüd qazanacaqdır.

Əsas meyarlar aşağıda diqqətinizə təqdim olunur:

·        Azərbaycan Respublikasının vətəndaşı olmaq;

·        I kursda əyani təhsil almaq və qəbul balının minimum 600 olması;

·        Sosial meyarlardan birinə uyğun olmaq (ünvanlı sosial yardım alan ailə, əlillik, valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər);

·        Akademik göstəricilərlə yanaşı könüllü və sosial fəaliyyətdə iştirak etmək.


🔗 Qeydiyyat linki: https://anket.edu.az/user/279

Qeydiyyat üçün son tarix: 18 noyabr, 2025-ci il