Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.01.2025-ci il tarixli, 60 nömrəli qərarı ilə yaradılmış və 27.02.2025-ci il tarixli 70 nömrəli qərarı ilə Mərkəzin Əsasnaməsi təsdiqlənmişdir. Mərkəzin fəaliyyətinin təşkili  MDU rektorunun əmri ilə təyin olunmuş  rəhbər tərəfindən həyata keçirilir. 

Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin aşağıdakı vəzifələri vardır:

  • Turizm və ətraf mühit sahələri üzrə elmi-tədqiqatlar aparmaq, bu sahədə nəzəriyyə və praktika arasında əlaqə yaratmaq,
  • Turizm və ətraf mühitin tədqiqat təsirlərini qiymətləndirmək və bu sahədə tədbirlər təklif etmək,
  • Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr və s. hazırlamaq,
  • Turizm və ətraf mühit tədqiqatları ilə bağlı mütəxəssislər və kadrlar hazırlamaq,
  • Turizm və ətraf mühit tədqiqatlarının icrası ilə əlaqədar konfranslar, təlimlər və seminarlar təşkil etmək.
  • Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək.

Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Turizm və ətraf mühit tədqiqatları sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq,
  • Azərbaycan Respublikasının davamlı turizmin inkişafı prosesinə töhvə vermək,
  • Davamlı turizm, ətraf mühitin tədqiq edilməsi və turizmin inkişafının ətraf mühitə təsiri istiqamətində təhlillər apararaq tövsiyələr hazırlamaq,
  • Turizm istiqamətli kafedraların elmi-tədqiqat mövzularının seçilməsində iştirak etmək,
  • Tələbələrin elmə yönəldilməsi və tədqiqatlarının nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi.

Mərkəzin rəhbəri

Əhmədova Lalə
Akif qızı

İqtisadiyyat kafedrasının müəllimi lala.ahmadova.a@mdu.edu.az

Члены совета

  • Nazim Niftəliyev Fazil oğlu- MDU İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini
  • Aysel Qocayeva Möhrəddin qızı- MDU İqtisadiyyat kafedrasının müəllimi
  • Leyla Əhmədova Bəylər qızı- MDU Fizika və Ekologiya kafedrasının müəllimi
  • Ziya Qurbanzadə Ziyəddin oğlu- Mingəçevir Regional Turizm İdarəsi, məsləhətçi

Мероприятия

MDU-da “Dayanıqlı turizm və ətraf mühit” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib

MDU-da “Dayanıqlı turizm və ətraf mühit” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və

Mingəçevir Dövlət Universitetində Muzey turizmi: inkişaf perspektivləri və problemləri” mövzusunda praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində Muzey turizmi: inkişaf perspektivləri və problemləri” mövzusunda praktik seminar keçirilib

18 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin və Mingəçevir Şəhərinin Tarixi Muzeyinin

Mingəçevir Dövlət Univeristetində Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin iclası keçirilib

Mingəçevir Dövlət Univeristetində Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin iclası keçirilib

11 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin iclası keçirilib. İclasda Mərkəzin rəhbəri

Turizmin inkişafı və ətraf mühitin qorunması ölkə iqtisadiyyatının dayanıqlılığını artırır

Turizmin inkişafı və ətraf mühitin qorunması ölkə iqtisadiyyatının dayanıqlılığını artırır

Mingəçevir Dövlət Universitetinin Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin rəhbəri Lalə Akif qızı Əhmədova ilə müsahibə: Sual: 1. Mərkəzin fəaliyyətinin

Elektron resurslar

Контакт

e-mail:  lala.ahmadova.a@mdu.edu.az

               lala.ahmadova1@gmail.com