Mingachevir State University-də “Green Health & Active Campus 2026” çərçivəsində atletika turniri və ekoloji maarifləndirici yürüş keçirilib

  • Рубрика записиPedaqogika

Mingachevir State University-nin tələbə və müəllim heyətinin iştirakı ilə Mingəçevir şəhəri ərazisində sağlam həyat tərzinin təşviqinə həsr olunmuş maarifləndirici yürüş təşkil edilib. Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin təşviqi, ekoloji məsuliyyətin artırılması və iştirakçıların asudə vaxtlarının səmərəli təşkilinə diqqətin yönəldilməsi olub.

“Green Health & Active Campus 2026” təşəbbüsü çərçivəsində keçirilən yürüş zamanı iştirakçılara sağlam həyat tərzi, aktiv kampus mühiti, ekoloji davranış və dayanıqlı yaşam prinsipləri ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub. Tədbir çərçivəsində “Sağlamlıq imtiyaz deyil, şüurlu seçimdir” şüarı xüsusi vurğulanaraq sağlamlığın hər bir fərdin gündəlik həyat tərzi və məsuliyyətli seçimləri ilə formalaşdığı diqqətə çatdırılıb.

Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingachevir State University-nin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən Yaşar Məmmədzadə adına stadion-da “7 Aprel – World Health Day” münasibətilə atletika idman növü üzrə şəhər turniri keçirilib.

Turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, atletika idman növünün inkişafına dəstək göstərilməsi, iştirakçıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və sağlam rəqabət mühitinin təşviqi olub.

Yarış çərçivəsində iştirakçılar müxtəlif atletika mərhələlərində öz bacarıqlarını nümayiş etdirərək komanda ruhu, əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında mübarizə aparıblar. Tədbir gənclərin sosial fəallığının artırılması və onların sağlam kampus mühitinə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyıb.

Turnirin sonunda qaliblər diplom və medallarla təltif ediliblər.