Türkiyənin Kayseri Universitetinin rektoru MDU-da ustad dərs keçib

  • Рубрика записиBeynəlxalq

2023-cü ilin 7-8 dekabr tarixlərində Kayseri Universitetinin rektoru professor Kurtuluş Karamustafa Mingəçevir Dövlət Universitetində (MDU) tələbələr və magistrantlar üçün ustad dərsləri keçib.

Tələbələrlə ustad dərs zamanı professor K.Karamustafa “Karyera planlaması”, “Emosional zəka” və “Turizm işinin təşkili” mövzularından bəhs edib, təqdim edilən sualları cavablandırıb və müvafiq tövsiyələrini bildirib.

Magistrantlarla ustad dərsdə isə intellektual kapital və onun səmərəli idarə edilməsi məsələlərindən danışılıb.

Ustad dərslər tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Kayseri Universiteti 2023-cü ilin 8-9 dekabr tarixlərində MDU-nun evsahibliyi ilə keçirilən “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransın həmtəşkilatçılarından biri olub. Sözügedən ustad dərslər rektor K.Karamustafanın konfransda iştirak məqsədilə MDU-ya ziyarəti çərçivəsində təşkil edilib.