Вы сейчас просматриваете MDU-da VEHUB4YOU adlı Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib

MDU-da VEHUB4YOU adlı Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlərə start verilib

  • Рубрика записиBeynəlxalq / ERASMUS+

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU) adlı Erasmus+ layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin müəllimləri üçün Fasilitator təlimlərinə start verilib.

2024-cü il martın 29-da MDU tərəfindən sözügedən layihənin 2023-2024 cü iş planına əsasən şəhər ümumtəhsil məktəblərinin, eləcə də Mingəçevir Turizm kollecinin müəllimləri üçün “Peşəkar İnkişaf Proqramı” adlı fasilitator təlimləri təşkil edilib.

Təlim proqramlarından yararlanmaqla iştirakçılar Avropanın ən yaxşı universitetləri timsalında virtual mübadilələrin ən son təcrübələrinin tədqiqi, tədris prosesində onlayn təhsilin müasir informasiya və kommunikasiya vasitələrindən istifadə ilə bağlı kompetensiyaların əldə edilməsi, tədris prosesində informasiya, kommunikasiya və rəqəmsal texnologiyalardan istifadə üzrə praktiki bacarıqların formalaşdırılması üçün təlim və seminarlarda iştirak və mentorlarla iş, Avropanın ən yaxşı universitetlərinin biznes kurslarına çıxış, virtual biznes mərkəzlərinin açılması və təşkili üzrə praktiki tədbirlərdə iştirak və öz virtual mübadilə layihəsini təqdim etmək imkanı, Soft Skills və ya gələcəyin əsas bacarıqlarının, xüsusən də beynəlxalq mübadilələrə əsaslanan xarici dillərdə ünsiyyət bacarıqları,  rəqəmsal bacarıqlar və s. kimi üstünlüklərə malik olacaqlar.

Təlimin ilk günü I modulun I və II mövzuları pilot rejimdə dinlənilib və təhlil edilib. İtaliyalı professor Pierpaolo Maglioccanın təqdimatı ilə İtaliyanın Foggia Universiteti timsalında Avropa  təhsil sitemi və təhsil prosesində innovasiyalara dair tədqiqat haqqında məlumat verilib. 2024-cü ilin aprel ayı üçün biznes qovşaqlarının menecerlərinin təlimi üçün dərslərin cədvəli və tematik planı hazırlanıb. Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan VEHUB4YOU layihəsinin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir.

Təlim distant  və ənənəvi təhsil (sinxron və asinxron siniflər, beynəlxalq virtual mobillik) formasında 180 saat davam edəcəkdir və təhsilin başa çatmasını təsdiq edən beynəlxalq standartın peşəkar inkişafı sertifikatı (sentyabr 2024) ilə təltif olunacaqlar.

Qeyd edək ki, “Peşəkar İnkişaf Proqram”ında iştirak tərəfdaşlar və layihə iştirakçıları üçün ödənişsizdir.