Mingəçevir Dövlət Universitetində növbəti vətəndaş qəbulu keçirilib: Təhsil, innovasiya və tələbə inkişafı ilə bağlı müraciətlər dinlənilib

  • Рубрика записиMSU News

2026-cı ilin 14 iyul tarixində Mingəçevir Dövlət Universitetində növbəti vətəndaş qəbulu keçirilib. Universitetin rektoru Anar Eminovun və aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil olunan qəbul zamanı tələbə, magistrant, məzun və digər vətəndaşların müraciətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən təhsil prosesinin təşkili, məşğulluq və karyera imkanları, tələbə təşəbbüslərinin dəstəklənməsi, innovasiya fəaliyyəti və beynəlxalq proqramlarda iştirak məsələləri ilə bağlı olub.

Müraciətlər dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib, bir sıra məsələlər yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülərək aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Görüş zamanı universitetdə şəffaf və səmərəli idarəetmə prinsiplərinin, açıq dialoqun, innovasiya və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin, həmçinin dayanıqlı inkişaf və yaşıl universitet konsepsiyasına uyğun fəaliyyət istiqamətlərinin prioritet olaraq davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində mütəmadi keçirilən vətəndaş qəbulları universitet rəhbərliyi ilə tələbə və vətəndaşlar arasında birbaşa ünsiyyətin genişləndirilməsinə, müraciətlərin operativ şəkildə araşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.