Mingəçevir Dövlət Universitetinin tələbələri üçün xaricdə təhsillə bağlı onlayn infosessiya keçiriləcək

2026-cı ilin 8–12 iyun tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcən “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində xaricdə təhsil imkanlarına həsr olunmuş onlayn infosessiya təşkil olunacaq.

MDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə keçiriləcək infosessiya 9 iyun tarixində saat 15:00-da “Microsoft Teams” platforması üzərindən baş tutacaq.

İnfosessiyada tələbələrə xaricdə təhsil, beynəlxalq mübadilə proqramları, tərəfdaş universitetlər, müraciət qaydaları, seçim meyarları və qlobal akademik imkanlar barədə ətraflı məlumat veriləcək. Həmçinin iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.

Tədbirin əsas məqsədi tələbələrin beynəlxalq təhsil imkanları haqqında məlumatlılığını artırmaq, onların qlobal akademik mühitə inteqrasiyasını dəstəkləmək və Mingəçevir Dövlət Universitetində beynəlxalqlaşma istiqamətində həyata keçirilən təşəbbüslərə töhfə verməkdir.

Həftənin şüarı olan “Qlobal tərəfdaşlıq, innovativ düşüncə və dayanıqlı gələcək naminə” fikrindən çıxış edərək bütün tələbələri infosessiyada fəal iştirak etməyə dəvət edirik.

İştirak linki: https://bit.ly/xtehsil-08-06-26