Вы сейчас просматриваете MDU tələbələrindən sosial çağırış təşəbbüsü

MDU tələbələrindən sosial çağırış təşəbbüsü

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələr tərəfindən sosial çağırış başladılıb.

Tələbələr tərəfindən maraqla qarşılanan təşəbbüsə uyğun olaraq kağızlara müxtəlif şüarlar hazırlanaraq fakültənin dəhlizində yerləşən simvolik ağac maketin üzərinə asılır. Simvolik ağacın maketinə asılan şüarlar əsasən yaşıl dünya, təmiz ətraf mühit, ekoloji təhlükəsizlik istiqamətində birlik olmağa çağırışlara aiddir.

Qeyd edək ki, “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər həyata keçirilir.