Əziz abituriyentlər və subbakalavrlar! Hörmətli valideynlər!

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) əsas tədris binasında Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.

Universitetimizin təcrübəli əməkdaşları Sizi maraqlandıran məsələlər (müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan amillər, ixtisasların məzmunu, təhsil haqqı, Təhsil Tələbə Kredit Fondu tərəfindən təqdim olunan imkanlar və s.) barədə məsləhətlər verirlər.

Gənc əməkdaşlarımız ixtisas seçimi üzrə elektron qaydada kodlaşdırmanın aparılmasına dəstək göstərirlər.

İstirahət günləri də daxil olmaqla hər gün gün fasiləsiz çalışan MDU Abituriyent Məsləhət Mərkəzindəki bütün xidmətlər ödənişsizdir.

Hazırda Mərkəzimizə böyük axın vardır.

Hər birinizi gözləyirik!

?024 275 85 49

?055 546 16 75

?Mingəçevir ş. Dilarə Əliyeva küç. 21