Futzal üzrə ölkə birinciliyinin püşkü atılıb

  • Рубрика записиXəbərlər (AZ)

Futzal üzrə ölkə birinciliyinin püşkü atılıb

AFFA-nın inzibati binasında AFFA, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə ali və orta-ixtisas təhsil müəssisələri arasında keçiriləcək futzal üzrə ölkə çempionatın püşkü atılıb.

 Püşkatma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov və Tələbə Futbol Federasiyasının baş katibi Lətif Novruzov iştirak ediblər.

Qeyd edək ki, 8 qrup üzrə 32 komandanın mübarizə aparacağı yarış aprelin 4-də start götürəcək.

G qrupunda mübarizə aparacaq Mingəçevir Dövlət Universitetinin rəqibləri Gəncə Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin və Ağdam Dövlət Sosial-İqtisad Kollecinin komandaları olduğu məlum olub. Mingəçevir Dövlət Universitetinin oyunları Göygöl Olimpiya İdman Kompleksində keçiriləcəkdir. Hər qrupda I və II yerləri tutan komandalar 8/1 finalda oynamaq hüququq qazanacaq.

Qeyd edək ki, Püşkatma mərasimində Mingəçevir Dövlət Universitetini İdman sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov təmsil edib.

I tur – 04 aprel 2020-ci il tarixdə

Ağdam Dövlət Sosial-İqtisad Kolleci   –   Mingəçevir Dövlət Universiteti

Mingəçevir Turizm Kolleci                   –   Gəncə Dövlət Universiteti

II tur – 05 aprel 2020-ci il tarixdə

Ağdam Dövlət Sosial-İqtisad Kolleci   –   Mingəçevir Turizm Kolleci

Mingəçevir Dövlət Universiteti             –   Gəncə Dövlət Universiteti

III tur – 11 aprel 2020- cil tarixdə

Mingəçevir Turizm Kolleci                   –   Mingəçevir Dövlət Universiteti

Ağdam Dövlət Sosial-İqtisad Kolleci   –   Gəncə Dövlət Universiteti

{phocagallery view=category|categoryid=343|limitstart=0|limitcount=0}