2025-ci ilin 29 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib.
Universitetin II tədris binasında yerləşən kiçik akt zalında baş tutan seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü və tələbələr iştirak edib.
Seminarın moderatoru Pedaqogika və psixologiya kafedrasının müdiri professor Fərəh Cəlil tədbiri giriş sözü ilə açaraq seminarın əhəmiyyətindən danışıb.
Sonra uşaqların müdafiəsinə dair maarifləndirici videoçarx nümayiş olunub.
Daha sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimlərindən Nərgiz Niftəliyeva “Oyunun psixoloji əhəmiyyəti və tərbiyəvi rolu”, Günel Nəcəfova “Davranış pozuntuları olan uşaqlarla işləmək üçün texnikalar” və universitetin hüquqşünası Polad Atayev “Uşaq hüquqları və bu sahədə dövlətin hüquqi məsuliyyəti” mövzularında məruzələrlə çıxışlar ediblər.
Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, geniş müzakirələr aparılıb.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.