MDU-da 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına başlanılıb.

İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və təhsil nazirinin “2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri gözlənilməklə təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə müvafiq addımların atılması nəzərdə tutulub.

MDU-da imtahan sessiyası 31 may 2024-cü il- 04 iyul 2024-cü il tarixlərində ənənəvi şəkildə şifahi, yazılı və test formasında təşkil ediləcəkdir. Cari imtahan sessiyasıda baş tutacaq 1200-dən çox imtahanda 4000-dən artıq tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcəkdir.