Seminar Mingəçevir regional “ASAN xidmət” mərkəzinin və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin birgə dəstəyi ilə həyata keçirilib.
Seminarda Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktoru müavini Elşən Əliyev, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mingəçevir şəhər Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli, bir neçə Xocalı sakinləri və könüllü gənclər iştirak edib.