Вы сейчас просматриваете 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçiriləcək

3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçiriləcək

✅ Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Mingəçevir Dövlət Universiteti, eləcə də Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçiriləcək.

✅ Təşəbbüsün əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi, velosiped mədəniyyətinin genişləndirilməsi və dayanıqlı gələcək naminə yaşıl düşüncənin formalaşdırılmasıdır.

✅ 2026-cı ilin 3 iyun tarixində, saat 10:00-da Mingəçevir Dövlət Universitetinin əsas tədris binasından başlayacaq veloyürüşdə universitet tələbələrinin, gənclərin və idmansevərlərin iştirakı nəzərdə tutulur. Tədbir həm sağlamlıq, həm də ekoloji məsuliyyət baxımından maarifləndirici əhəmiyyət daşıyacaq.

✅ Hər pedalda irəli, daha yaşıl sabaha doğru!