Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun təbriki

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun təbriki

 

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür!

Bu gün ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur!

Bu münasibətlə, bütün televiziya və radio işçilərini Mingəçevir Dövlət Universiteti ailəsinin üzvləri adından təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara yeni-yeni uğurlar diləyirəm!

Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsində radio və televiziya işçilərimiz böyük fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirdilər.

Radio və televiziya işçilərimizə hər zaman doğma Azərbaycanımızın növbəti qələbələri və davamlı uğurları barədə xəbərlər paylaşmağı arzulayıram!