Mingəçevir Dövlət Universitetində (MDU) tyutorlara keyfiyyət təminatı üzrə təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində Keyfiyyət Təminatı və Davamlı İnkişaf Şöbəsi tərəfindən tyutorlara keyfiyyət təminatı sistemi və bu sahədə aparılan işlər barədə genişmiqyaslı təlim keçirilib. Təlimin əsas məqsədi universitetin keyfiyyət təminatı mexanizmi haqqında tyutorlara ətraflı məlumat vermək, keyfiyyət təminatı mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə həyata keçirilən siyasətin izah edilməsi olub.

Təlimə rəhbərlik edən Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova, infosesiyada hərtərəfli məlumat təqdim edib. O, ilk növbədə keyfiyyət təminatı sisteminin universitetin tədris, idarəetmə və strateji fəaliyyətində oynadığı mühüm roldan bəhs edib. Lamiyə İbrahimova çıxışında keyfiyyət təminatının yalnız daxili yoxlama və nəzarət prosesi olmadığını, həm də davamlı inkişafı dəstəkləyən, universitetin təhsildə beynəlxalq standartlara uyğunlaşmasını təmin edən mühüm bir vasitə olduğunu vurğulayıb. Təlimin sonunda Lamiyə İbrahimova, keyfiyyət təminatı mədəniyyətinin formalaşdırılmasının yalnız idarəçilərin deyil, həm də hər bir müəllimin və tyutorun məsuliyyəti olduğunu vurğulayaraq, universitetin bu istiqamətdə gələcək planları haqqında məlumat verib, keyfiyyət təminatı mexanizmlərinin davamlı olaraq yenilənəcəyini və inkişaf etdiriləcəyini bildirib, tyutorları bu prosesdə aktiv iştirak etməyə və öz biliklərini tələbələrə daha yüksək səviyyədə çatdırmağa çağırıb.