1995-ci il noyabrın 12-də Azərbaycan xalqı əsas qanununu qəbul edərək, müstəqilliyimizin hüquqi təməlini möhkəmləndirdi və dövlət quruculuğunda yeni bir mərhələyə qədəm qoydu.
Azərbaycan Respublikası Konstitusiyası xalqımızın iradəsini, dövlətimizin suverenliyini və demokratiyanı özündə əks etdirən, insan hüquq və azadlıqlarını qorumağı hədəfləyən fundamental bir sənəddir.
Azərbaycan Respublikasının Konstitusiyası hüquqi islahatlar vasitəsilə davamlı olaraq təkmilləşdirilir, insan hüquqları və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə yenilənir. Bu isə ölkəmizin demokratik, hüquqi və sosial dövlət kimi inkişafında vacib addımlardan biridir.
Bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edirik.