17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədqiqat təcrübəsinə start verilmişdir. Xarici dillər kafedrasının müvafiq ixtisası Xarici dil müəllimliyi (ingilis dili üzrə) qruplarında buraxılış qruplarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş, təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, müasir tədris alətlərinin tətbiqi və tapşırıqların daha məqsədəuyğun şəkildə optimallaşdırılması məsləhət görülmüşdür. Müasir rəqəmsal alətlərdən istifadə etməklə interaktiv dərs mühitinin yaradılması və tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi də önəmli amillərdən biridir. Təcrübə prosesində tələbələr təkcə fənn biliklərini deyil, həmçinin pedaqoji ünsiyyət bacarıqlarını da təkmilləşdirirlər. Bu, onların gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı və peşəkar olmasına imkan yaradır. Təcrübənin sonunda tələbələr hesabat hazırlayır və müdafiə edirlər ki, bu da onların təcrübə müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsinə şərait yaradır. Beləliklə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən təcrübə proqramı tələbələrin nəzəri bilikləri praktik təcrübə ilə birləşdirməsinə, onların pedaqoji və texniki bacarıqlarını artırmasına geniş imkan yaradır.
Xarici dillər kafedrasının müvafiq “İngilis dili müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir
- Запись опубликована:12.03.2025
- Рубрика записиMDU xəbərləri / Xarici dillər
Вам также может понравиться

MDU rektoru v.m.i.e. Üzeyir Zeynalov ilə Düzce Universiteti rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalandı

MDU əməkdaşı Seulda beynəlxalq təlimi uğurla başa vurub

Rutqers Universitetinin professoru Mingəçevir Dövlət Universitetində seminar keçirib

MDU-da açıq dərs: Torpağın mühafizəsi

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri “İlin TGT sədri”fəxri adına layiq görülüb

Mingəçevir Dövlət Univeristetində (MDU) Məktəbəqədər təhsil ixtisasının Özünütəhlil Komissiyasının iclası keçirilib

Şahin Bayramov: Zərifə xanım Əliyeva Azərbaycanın tibb elmində parlaq səhifələr açıb
