MDU Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalında təmsil olunub

2025-ci ilin 16 may tarixində Heydər Əliyev Sarayında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

Tədbirdə Mingəçevir Dövlət Universiteti (MDU) də təmsil olunub. MDU-nun Mühəndislik fakültəsinin tələbəsi, həmçinin universitetin Tələbə Gənclər Təşkilatının Əyləncə klubunun sədri Türkan Qaffarova çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Azərbaycan” şeirini səsləndirib.

Festivalın əsas məqsədi gənclərin bədii yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, onların estetik tərbiyəsinə töhfə vermək və Ulu Öndər Heydər Əliyevin mədəniyyət irsini təbliğ etmək olub.

Qeyd edək ki, müsabiqənin final mərhələsinə 391 tələbə vəsiqə qazanıb. Onların çıxışları Xalq artistləri və əməkdar incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin qalibləri ATİAHİ tərəfindən mükafatlandırılacaq.