Mingəçevir Dövlət Universitetinin rəhbərliyi və bu ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin adından akademik-inzibati heyət üzvləri Qurban Bayramı münasibətilə təbrik olunub.
Görüşlər zamanı MDU-nun rektoru Anar Eminov, Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev çıxış edərək bayram münasibətilə kollektiv üzvlərini səmimi qəlbdən təbrik ediblər. Onlar, Qurban Bayramının həmrəylik, yardımlaşma və xeyirxahlıq dəyərlərini özündə əks etdirdiyini vurğulayaraq, kollektivin hər bir üzvünə möhkəm cansağlığı, ailə səadəti və iş fəaliyyətlərində uğurlar arzulayıblar.
Kollektiv üzvləri göstərilən diqqət və təbrikə görə minnətdarlıqlarını bildirərək universitet rəhbərliyinin bayramını təbrik ediblər.