Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasında magistratura səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisası (ixtisaslaşma: Turizm işi) üzrə aşağıda adları göstərilən fənlərin tədrisi üçün müvafiq elmi-pedaqoji bilik və təcrübəyə malik mütəxəssisləri professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.
Vakant fənlər:
- Turizm iqtisadiyyatı
- Turizm menecmenti
- Turizm sektorunda xidmət keyfiyyəti
- Müasir turizm və onun problemləri
- Dayanıqlı turizmin inkişafı və planlaşdırılması
- Turizmdə innovasiya və təcrübə dizaynı
- Turizmdə mediya və marketinq
- Ali məktəb psixologiyası
- Smart turizm
- Qida və içkilərin idarə edilməsi
- Turizm sənayesinin rəqabətli təhlili
- Turizmdə sahibkarlıq
- Turizmdə logistika və infrastruktur
- Turizmdə şəbəkələşmə və kommunikasiya
- Xidmət keyfiyyətinin idarə edilməsi
- Xidmət sahələrində mühasibat
- İşgüzar turizm
- Otellərdə innovasiya texnologiyaları
- Turizmdə kadr təminatı
- Sanitariya və gigiyena
- Qastronomiya turizmi
- Əməyin mühafizəsi və təhlükəsizliyi
Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:
- İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə (minimum 3 illik), müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
- Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
- Tədris texnologiyalarından (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığının olması;
- Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
- Vəzifənin etik davranış qaydalarına sadiqlik;
- Axşam saatlarında (18:30–21:30) tədris aparmaq imkanının olması.
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomun surətini (qiymət vərəqəsi) və iddia etdikləri fənn yaxud fənlər üzrə uyğun sillabusu hazırlayıb 2025-ci ilin 12 iyul tarixinədək hr@mdu.edu.az elektron ünvanına göndərə bilərlər.
Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidirlər.