Mingəçevir Dövlət Universiteti Kampusda Biomüxtəlifliyin Qorunması üzrə Ekoloji Təşəbbüslərini Genişləndirir

  • Рубрика записиMSU News

Davamlı inkişaf və yaşıl kampus strategiyası çərçivəsində Mingəçevir Dövlət Universiteti biomüxtəlifliyin qorunmasına və ekoloji tarazlığın gücləndirilməsinə yönəlmiş təşəbbüslərini davam etdirir.

Universitetin kampus ərazisində yaşayan quş növlərinin qorunması və onların təhlükəsiz yaşayış mühitinin dəstəklənməsi məqsədilə ağaclara xüsusi hazırlanmış quş yuvaları yerləşdirilib. Həyata keçirilən təşəbbüs kampus daxilində təbii ekosistemin qorunmasına, şəhər mühitində biomüxtəlifliyin artırılmasına və ekoloji davamlılığın təşviqinə xidmət edir.

Qeyd edək ki, universitetin 8.5 hektarlıq yaşıl kampus ərazisinin müxtəlif hissələrində yerləşən ağaclara ümumilikdə 28 xüsusi hazırlanmış quş yuvası quraşdırılıb. Bu təşəbbüs şəhər ekosistemində canlı müxtəlifliyinin qorunmasına, quşların təhlükəsiz məskunlaşmasına və təbii yaşayış mühitinin dəstəklənməsinə töhfə verir.

Quraşdırılmış quş yuvaları müxtəlif quş növlərinin təhlükəsiz məskunlaşmasına şərait yaratmaqla yanaşı, kampus ərazisində təbiətə uyğun və ekoloji cəhətdən dayanıqlı mühitin formalaşdırılmasına da töhfə verir. Eyni zamanda bu təşəbbüs tələbələr və əməkdaşlar arasında ekoloji maarifləndirmənin, təbiətə həssas münasibətin və sosial məsuliyyət anlayışının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Həyata keçirilən fəaliyyətlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Quruda Həyat”, “Dayanıqlı Şəhərlər və İcmalar” və “İqlim Dəyişikliyi ilə Mübarizə” istiqamətlərinə uyğun olmaqla yanaşı, universitetin yaşıl kampus siyasətinin və beynəlxalq dayanıqlılıq reytinqləri üzrə göstəricilərinin gücləndirilməsinə dəstək verir.

Mingəçevir Dövlət Universiteti gələcəkdə də biomüxtəlifliyin qorunması, ekoloji davamlılığın təşviqi və təbiətyönümlü kampus mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirməyi qarşıya əsas prioritetlərdən biri kimi müəyyən edib.