“Neft və qaz fəaliyyətlərinin dəniz ekosistemlərinə təsiri” mövzusunda maarifləndirici təlim keçirilib

  • Рубрика записиMSU News

Mingəçevir – Mingəçevir Dövlət Universiteti tərəfindən Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdə “Neft və qaz fəaliyyətlərinin dəniz ekosistemlərinə təsiri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim ekoloji maarifləndirmə məqsədilə Təbiət elmləri kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən aparılıb.

Təlim zamanı neft və qaz hasilatı proseslərinin dəniz ekosistemlərinə təsiri, suyun çirklənməsi, biomüxtəlifliyin itirilməsi, dəniz yaşayış mühitinin pozulması və ekoloji risklərin qarşısının alınması yolları haqqında ətraflı məlumat verilib. İştirakçıların diqqətinə çatdırılıb ki, dəniz ekosistemlərinin qorunması həm ekoloji tarazlığın saxlanılması, həm də təbii resursların gələcək nəsillər üçün mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şəbnəm İslamova çıxışı zamanı neft və qaz sənayesində ekoloji təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb və gənclərin ətraf mühitin qorunması istiqamətində maarifləndirilməsinin əhəmiyyətini qeyd edib.

İnteraktiv müzakirə formatında keçirilən təlim şagirdlərə suallar vermək və ekoloji problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı yaradıb. Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Mingəçevir Dövlət Universiteti gələcəkdə də bu cür maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.