Mingəçevir Dövlət Universitetində “Rənglərlə Qurulan Şəhərlər” adlı rəsm müsabiqəsi keçirilib

  • Рубрика записиPedaqogika

2026-cı ilin 21 may tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrası  və Mingəçevir şəhər 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Rənglərlə Qurulan Şəhərlər” adlı rəsm müsabiqəsi təşkil olunub.

Müsabiqənin əsas məqsədi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların şəhərsalma və memarlıq mövzusuna marağının artırılması, eləcə də gələcəyin şəhərlərinə dair təsəvvürlərinin rənglər vasitəsilə ifadə olunmasına şərait yaratmaq olub.

Şagirdlər müxtəlif mövzularda hazırladıqları rəsm əsərlərini təqdim edərək öz yaradıcı baxışlarını nümayiş etdiriblər. Rəsmlərdə müasir şəhər mənzərələri, ekoloji mühit, yaşıl şəhər konsepsiyaları və gələcəyin memarlıq həlləri xüsusi yer alıb.

Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və fərqlənən şagirdlər müvafiq diplom və təşəkkürnamələrlə təltif olunublar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və uşaqların yaradıcılıq bacarıqlarının inkişafına mühüm töhfə verib.