Ağıllı, təhlükəsiz və dayanıqlı kampus: MDU-da giriş-çıxışa nəzarət sistemləri genişləndirilir

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində rəqəmsal transformasiya və ağıllı kampus konsepsiyasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Universitetdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, giriş-çıxış proseslərinin operativ və şəffaf şəkildə idarə olunması, eləcə də müasir idarəetmə texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə digər tədris korpuslarında da üz tanıma (Face Control) sistemləri quraşdırılıb və istifadəyə verilib.

Yeni sistem vasitəsilə tələbə, müəllim və əməkdaşların universitet binalarına giriş-çıxışı elektron qaydada qeydə alınır, kampus ərazisində təhlükəsizlik tədbirlərinin effektivliyi artırılır və insan resurslarının idarə olunması prosesləri daha səmərəli təşkil edilir.

Qeyd edək ki, üz tanıma texnologiyası universitetdə tətbiq olunan ağıllı idarəetmə həllərinin tərkib hissəsidir. Sistem giriş-çıxış məlumatlarının real vaxt rejimində izlənilməsinə, statistik hesabatların hazırlanmasına və kampus təhlükəsizliyinin gücləndirilməsinə imkan yaradır.

MDU-da rəqəmsal universitet modelinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə də ağıllı kampus texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Bu istiqamətdə görülən işlər universitetin dayanıqlı inkişaf, rəqəmsal transformasiya və innovativ idarəetmə hədəflərinə xidmət etməklə yanaşı, beynəlxalq standartlara uyğun müasir təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir.