Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin dekanı vəzifəsi üzrə müsabiqə elanı

Mingəçevir Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin dekanı vəzifəsi üzrə müsabiqə elanı

Mingəçevir Dövlət Universiteti Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin dekanı vəzifəsinə müsabiqə elan edir. Müsabiqədə fakültənin profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji təcrübəsi olan namizədlər iştirak edə bilərlər.

Əmək funksiyası:

– Fakültədə tədris, elmi-tədqiqat, metodiki, təşkilati və tərbiyəvi işlərin planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;

– Təhsilalma formaları üzrə mühazirələrin, laborator, praktik seminar məşğələlərinin və s. təşkili və keçirilməsi üzrə fakültənin professor-müəllim heyətinin fəaliyyətini əlaqələndirmək;

– Yekun dövlət attestasiyasına, ixtisas üzrə təcrübəyə, kurs və buraxılış işləri layihələrinə, tələbələrin sərbəst işlərinə, imtahanların keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik etmək;

– Fakültə üzrə tədris prosesinin mövcud normativ sənədlərə, tədris planlarına və proqramlara uyğun təşkilinə nəzarət etmək;

– Professor-müəllim heyətinin dərs yükünün bölgüsünü aparmaq, onun müzakirəsi və təsdiqini təşkil etmək;

– Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq etmək;

– Təsdiq olunan fənlər üzrə tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etdirmək;

– Bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək;

– Fakültədə təhsil alan tələbə və magistrantların tədris, elmi-tədqiqat, innovasiya və praktiki hazırlıq fəaliyyətlərinin inkişafına şərait yaratmaq;

– Təsdiq olunmuş plana uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehsalata tətbiqinə nəzarət etmək;

– Fakültə Elmi Şurasının fəaliyyətini təşkil etmək, fakültənin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək;

– Fakültədə keyfiyyət təminatı, akademik intizam, tələbəyönümlü tədris mühiti və müasir idarəetmə yanaşmalarının tətbiqini təmin etmək.

Bilməlidir:

– “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;

– Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;

– Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;

– Sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirilməsinə olan tələbləri;

– Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;

– Aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını;

– Ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;

– Tədris olunan hər bir fənn üzrə proqramların, laborant-texniki heyətin və professor-müəllim heyətinin görəcəyi auditoriyadan kənar işlərin məzmununu;

– Müəllim və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik məsələlərini;

– Təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını;

– Tədris prosesində təlimin texniki vasitələrindən istifadəni;

– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Namizədin aktiv elmi-tədqiqat fəaliyyəti ilə məşğul olması, yüksək indeksli beynəlxalq və yerli elmi jurnallarda məqalələrinin dərc edilməsi üstünlük kimi qiymətləndirilir.

Tələb olunan sənədlər:

Rektorun adına yazılmış ərizə (Universitet əməkdaşları üçün, Universitetdən kənar əməkdaşlar üçün);

– Şəxsiyyət vəsiqəsinin surəti;

– Kadrların şəxsi qeydiyyat vərəqəsi;

– Tərcümeyi-hal;

– Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surəti;

– Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

Qeyd: Tələblərə cavab verən namizədlər tələb olunan sənədləri 31.07.2026-cı il tarixinədək “Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin dekanı vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak” yazmaqla vacancy@mdu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.