4-cü ABB Təcrübə proqramının müraciət mərhələsi davam edir

4-cü ABB Təcrübə proqramının müraciət mərhələsi davam edir.

4 ay müddətində davam edəcək təcrübə proqramı sizə bank sahəsində xüsusi bilik və bacarıqlara yiyələnmək və ABB komandasının üzvü olmaq şansı yaradacaqdır.

ABB Təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:

· Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemləri üzrə isə 75 faizdən yuxarı olmalı;

· İngilis dili səviyyəsi yüksək (upper-intermediate level) olmalı;

· Azərbaycan Respublikasının vətəndaşı olmalı;

· Ali təhsilini 2021, 2022 və 2023-cü illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalı;

Proqrama müraciət üçün digər şərtlər haqqında daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün müraciət linkinə keçid etməyiniz xahiş olunur: https://abb-bank.az/tecrube/

Son müraciət tarixi: 20.11.2023