UNEC müəllimləri MDU-da seminar keçiriblər

  • Рубрика записиKaryera / Sənaye

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi, Sənayenin təşkili və idarəetmə kafedrası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının birgə təşkilatçılığı ilə seminar keçirilib.

MDU-nun ev sahibliyində bu ali təhsil müəssisəsinin əməkdaşları üçün təşkil edilən seminarda UNEC Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyev və müəllimi Fədai Əfəndiyev təqdimatla çıxış ediblər.

“Emprik tədqiqat addım-addım: ideyadan məqaləyə” mövzusunda təqdimatında X.Alıyev emprik tədqiqatın mahiyyəti, emprik dərketmə, ölçmə metodları, eksperimentlərin aparılması və tədqiqat mövzusunun ideyadan məqaləyə çevrilməsi məsələlərindən bəhs edib.

“Sənaye mühəndisliyi tədrisində yeni trendlər” mövzusunda çıxış edən Fədai Əfəndiyev sənaye mühəndisliyi təhsilinin məzmunu, bu ixtisas üzrə Azərbaycanda karyera imkanları və yeni trendlər barədə məlumat verib.

Hər iki təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Seminarın sonunda X.Alıyev həmmüəllifi olduğu “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir?” adlı kitabı MDU-nun kitabxana fonduna hədiyyə edib.