Azərbaycan dünyanın siyasi xəritəsində statusunu və rolunu artırmışdır

  • Рубрика записиXəbərlər (AZ)

Azərbaycan dünyanın siyasi xəritəsində statusunu və rolunu artırmışdır

Azərbaycan Respublikasının müstəqillik əldə etməsindn 30 ilə yaxın bir dövr keçir. İlk illərdə böhran və çətinliklər mövcud olsa da xalqın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərin siyasi səriştəsi və qətiyyəti sayəsində dövlətimiz inkişaf yoluna qədəm qoyub. Bu siyasi xətti uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 17 ildən artıqdır ki, Azərbaycan iqtisadi qüdrətini daha da artırıb. Bu günlər biz Azərbaycan Cümhuriyyətinin yaranması tarixini, 28 may Respublika Gününü qeyd edirirk. 1918-ci il may ayının 28 də təsis olunan dövlətimizin ömrü çox təəssüf ki, qısa olub. Lakin xalqımız uzun illərdən sonra yenidən suverenliyini bərpa edərək qüdrətli Azərbaycan dövlətinin azadlığını əldə etmiş, Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə qoruyub saxlamışdır.

Azərbaycanın iyirminci yüzilliyin sonlarında dəhşətli bir düşmənlə, xain qonşularımızla qarşılaşdığı müharibə xalqımıza çox ağır hadisələr yaşatdı. 30 ilə yaxın yurdumuzun 20 faizi işğal altlnda qaldı, vətəndaşları məcburi köçkün həyatı yaşadılar. Minlərlə insan şəhid oldu, əsir götürüldü. Lakin 2020-ci ilin payız aylarında dövlətimizin başçısı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi Milli Ordumuzun əsgər və zabitləri 44 gün ərzində olan Vətən müharibəsində sərin qələbəsini qazanaraq dünya dövlətlərinə Azərbaycan xalqının qüdrətini bir daha göstərdi.

Regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Respublika günü münasibəti ilə dövlətimizin başçısına bu günlərdə ünvanlanan təbrik məktubları ölkəmizin nüfuzunun yüksəkliyindən xəbər veirir. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisi hesab etmək olar. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

ABŞ Prezidenti Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik etmişdir. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışmışdır. Qeyd edək ki, ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Həmçinin ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır. Müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır.

30 ildən sonra xalqımızın vətən müharibəsi edərək zəfər qazanması və münaqişənin bitməsi zamanı üçtərəfli bəyanatın imzalanmasında iştirak edən Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. O, Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Qeyd olunur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.

Çin Xalq Respublikasının Sədri təbrikində ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkilir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır. Dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin dövlətlərinin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirməsi dövlətimizin nə qədər nüfuz sahibi olmasının göstəricisidir.

İran İslam Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. Ölkələrimiziin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilmişdir.

İtaliya Respublikasının Prezidenti təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. Məktubda həm də azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olmasının pandemiyanın ən kəskin dövrlərində yenidən təsdiqini tapdığı ifadə edilir.

Azərbaycanın ilbəil inkişaf etməsi xalqımızın sabaha olan inamını artırır. Azərbaycanın gözəl sənaye şəhərlərindən olan Mingəçevirdə də son illər ərzində həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları vətəndaşların ürəyindən xəbər verir. Biz Mingəçevir ictimaiyyəti, ziyalıları da qalib dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevi və xalqımızı Respublika Günü manasibəti ilə ürəkdən təbrik edir, yurdumuzun inkişafı və qüdtərlənməsi yolundakı fəaliyyətində uğurlar arzuyayırıq.

Nizami Zeynalov,

Tarix üzrə fəlsəfə doktoru