Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyası olub
Müstəqillik qazandıqdan sonra ölkəmizdə xoşagəlməz hallar da olub. 1995-ci ilin mart ayınınn 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə baş verən qiyamın qarşısı Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılmışdır. Vəziyyət çox gərgin idi. Ölkə, xalq təhlükə ilə üzləşirdi. Martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda dövlət çevrilişinə cəhdi baş tutmadı. Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.
1995-c ilin mart hadisələri silahlı qiyam hesab olunmalıdır. “OMON”-a dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma “OMON”-çu dəstələr hakimiyyətə müqavimət göstərmək fikrində idilər. Mövcud olan sabitlik və firavanlıq bəzilərini qane etmirdi. Açıq şəkildə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun iştirak edəcəklərini bəyan edirdilər. Dövlətin himayəsi ilə yaradılmış silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi. Dövlət başçısının çağırışlarına məhəl qoyulmur, insanların fikirlərini çaşdırırdılar. Bu cür gərgin zamanlarda insanlar yalnız qətiyyətli liderin yanında durmağa meyl göstərir və xalq bu doğru yolu seçdi. Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını almağının səbəbidir.
15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev Müstəqilliyimizi dağıtmaq niyyətli qüvvələrin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmasının qarşısını aldı. Xalq öz liderini dəstəklədi, ölkəni parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsinin yeganə yolu iqtidar xalq birliyi idi. Bu gün də Azərbaycanda iqtidar-xalq birıiyi mövcuddur və bu birlik dövlətimizin inkişafının təməlidir.
Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyası olub, onun həyatının mənası dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edib. Hər iki hakimiyyəti dövründə o yalnız Azərbaycanı inkişaf etdirmək, dünyada tanıtmaq, insanların həyat tərzini yaxşılaşdırmaq kimi arzularını reallaşdıra bilib. O zaman Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Tarixə nəzər salanda görürük ki, 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq olub. Dövlət çevrilişinə cəhd edən qeyri – qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Onsuz da ölkədə müharibə vəziyyəti idi, torpaqlar işğal olunmuş, insanlar yurd yuvalarından didərgin düşmüşdülər. Xalq birləşərək bir düşmənə qarşı mübarizə aparmalı idi. Qarşıdurma daha böyük fəlakət ola bilərdi. Nə yaxşı ki. ümummilli lider öz qətiyyəti və xalqa olan sevgisi ilə bu cür dəhşətli qiyamın qarşısını ala bildi. Bu xalqımızın növbəti qələbəsi sayıla bilər. Azərbaycan xalqı çox çətinliklərlə qarşılaşıb və hər zaman qalib olub.
Azərbaycanın iri sənaye şəhərlərindən olan Mingəçevirdə də insanlar öz liderinə etimad göstərib. Davamı olaraq bu siyasi xətti dəstəkləyib, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasi xəttin uğur qazanacağına inamı olub. Və bu inam Azərbaycanı inkişaf etdirir. Vətən müharibəsində qazanılan böyük qələbə də bu iradənin, siyasi səriştənin bir hissəsi hesab oluna bilər.
Mirzə Cavadov
YAP Mingəçevir şəhər təşkilatı Siyasi Şurasının üzvü