Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda keçiriləcək

elmi-nəzəri konfrans haqqında

MƏLUMAT

2022-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçiriləcəkdir.

Konfransa aşağıdakı istiqamətlər üzrə tezislər qəbul edilir:

  1. Heydər Əliyev müasir Azərbaycanın qurucusudur;
  2. Heydər Əliyev və milli iqtisadi inkişaf strategiyası;
  3. Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər;
  4. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsasını qoyan Lider;
  5. Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası;
  6. Azərbaycanın türk dünyasına inteqrasiyasında Heydər Əliyevin rolu;
  7. Milli ordu quruculuğunda Heydər Əliyevin tarixi rolu;
  8. Heydər Əliyev – elm və təhsilin himayədarı;
  9. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı;
  10. Heydər Əliyev və Azərbaycan mədəniyyəti;
  11. Heydər Əliyev və Azərbaycan incəsənəti;
  12. Heydər Əliyev və Azərbaycanın sənaye-energetika kompleksinin inkişafı;
  13. Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi;
  14. Heydər Əliyev və Azərbaycanın müasir tarixi;
  15. Heydər Əliyev və vətənpərvərlik.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

Konfrans materialları toplu şəklində çap olunacaqdır.

TEZİSLƏRIN TƏRTİB OLUNMA QAYDALARI:

–    tezislər Azərbaycan, türk, ingilis və rus dillərindən birində təqdim olunur;

–    mətn A4 formatında (210×297 mm), Microsoft Word proqramında Times New Roman şriftilə yığılır (şriftin ölçüsü – 12; sətirlərarası interval – 1,5; məsafələr – hər tərəfdən 2 sm);

–    tezisin mətni 3-4 səhifə həcmində olmalıdır;

–    mətndən əvvəl yuxarıdan solda UOT (rubrikatora uyğun Universal Onluq Təsnifatı indeksləri) indeksi (adi şriftlə), növbəti sətirdə mərkəzdə tezisin adı (qalın şriftlərlə), növbəti sətirlərdə müəllifin soyadı, adı və atasının adı (tam açıq şəkildə), elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı müəssisənin adı (kursiv şriftlərlə), elektron ünvan və əlaqə telefonu yazılmalıdır (bax: Nümunə 1);

–    ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-ın tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [2]).

Tezisin konfrans materiallarına daxil edilməsi Təşkilat Komitəsinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir. Zərurət yarandıqda Təşkilat Komitəsinin irad və qeydləri əsasında müəllif tərəfindən tezis üzərində düzəliş edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə tezis konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransa təqdim edilmiş tezislər geri qaytarılmır.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir məqalə qəbul edilir.

Tezislər 25 aprel 2022-ci il tarixindən gec olmayaraq elektron variantda aşağıdakı ünvana göndərilməlidir:

konfrans@mdu.edu.az

Məsul katib: Vüqar Mustafayev

Əlaqə telefonu: (+99455) 289 12 66

Nümunə 1.

UOT ……………

Tezisin adı

elmi dərəcəsi, elmi adı, Soyadı Adı Atasının adı (tam açıq şəkildə)

müəllifin işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı

elektron ünvan

əlaqə telefonu

Əsas mətn Əsas mətn [2] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [1] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [5] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [2] Əsas mətn Əsas mətn Əsas mətn [3] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [4] Əsas mətn Əsas mətn

İstifadə edilmiş ədəbiyyat

1. Abbasov Q.Ə. Mühasibat uçotu. Bakı: Apostroff, 2019, 528 s.

2. Əyyubov V.S., Tağıyev A.M. Milli iqtisadiyyatın tənzimlənməsi. Bakı: Avropa, 2014, 350 s.

3. Səbzəliyev S.M. Maliyyə hesabatı. Bakı: ADİU-nin nəş., 2018, 312 s.