Вы сейчас просматриваете Bakıda “HORIZON 2020” proqramı çərçivəsində yay məktəbi təşkil edilib

Bakıda “HORIZON 2020” proqramı çərçivəsində yay məktəbi təşkil edilib

  • Рубрика записиMDU xəbərləri

www.science.gov.az

18-20 iyul tarixlərində Bakıda Avropa İttifaqının “HORIZON 2020” proqramı çərçivəsində icra olunan “Elektrik enerjisi üçün özünü təmin edən rütubət net sıfır enerji binalarına doğru innovativ radiant adsorbsiya sistemi” (SSHARE) layihəsi əsasındayay məktəbi təşkil edilib.

Yay məktəbində AMEA-nın institutları, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC, Mingəçevir Dövlət Universiteti, Bakı Dövlət Universiteti və Milli Tədqiqat Nüvə Universitetinin doktorantları iştirak ediblər.

Mühazirələr Lusofona və Nova ID (Portuqaliya) universitetlərinin, Ukrayna Milli Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunun və Donetsk Fizika və Mühəndislik İnstitutunun, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Rusiya), AMEA-nın Radiasiya Problemləri İnstitutu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin aparıcı mütəxəssisləri tərəfindən təqdim edilib. Yay məktəbinə bu sahədə aparıcı elmi qurumlardan prof. Sergiy Lyubçik, prof. Svitlana Lyubçik, prof. Yuri Bacherikov, prof. Andriy Lyubçik, Dr. Mario Boucinha, Dr. Afaq Mədədzadə, Dr. Oleksandr Doroshkevych və Dr. Fərid Əhmədov müəllim heyəti dəvət olunub.

Yay məktəbinin ilk günü AMEA-nın Fizika İnstitutunda baş tutub. Tədbirdə AMEA-nın prezidenti v.i.e., Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov da iştirak edib.

Tədqiqat iştirakçılarının Azərbaycan tərəfdən qrup rəhbəri Dr. Azər Sadıqov giriş nitqi ilə çıxış edərək beynəlxalq konsorsiumun işinin aktuallığı, məqsədləri və cari nəticələri barədə məlumat verib.

İkinci və üçüncü günlər Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin laboratoriyalarında Dr. Cəlal Nağıyevin rəhbərliyi ilə nüvə və radioaktiv materiallarının xarakteristikası üzrə praktiki məşğələlərə həsr olunub. Elmi-tədqiqat mərkəzinin gənc əməkdaşları Dr. Aydan Qəribli və Rafael İsayev qonaqları elmi-tədqiqat işləri ilə tanış ediblər, həmçinin tələbələrə yay məktəbini bitirmə sertifikatları təqdim olunub.

Sonda beynəlxalq elmi proqramlar çərçivəsində gələcək əməkdaşlıq haqqında konsorsium üzvləri arasında yeni beynəlxalq müqavilənin bağlanması təklif edilib.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən SSHARE layihəsi Avropa texnologiyası və yaradıcılığına mühüm töhfə verən binalar üçün innovativ, sıfır enerji zərflərinin hazırlanması məqsədi daşıyır.

Zərf həm istilik, həm də elektrik enerjisi kimi yalnız atmosfer rütubətindən istifadə edərək ilin vaxtından asılı olaraq binanı soyudan və ya qızdıran iki texnologiyanın birləşməsidir. Layihənin uğurla həyata keçirilməsi materialşünaslıq, kimya və maşınqayırma sahələrində əlaqələndirilmiş bilik mübadiləsi şəbəkəsinin tətbiqi və  Portuqaliya, İspaniya, Ukrayna, Tacikistan, Özbəkistan və Azərbaycandan olan yüksəkixtisaslı tədqiqatçıların beynəlxalq və sektorlararası əməkdaşlığı vasitəsilə qabaqcıl nanoelektronika və enerji səmərəliliyi anlayışlarını birləşdirmək və aşağıdan yuxarı nanomühəndislik yanaşmalarını tətbiq etməklə təmin edilir. SSHARE layihəsi binalar üçün xalis sıfır enerjiyə yönəlmiş yenilikçi, özünü təmin edən zərf hazırlayacaq və beləliklə, bilik mübadiləsi ilə dəstəklənən birgə R&D və R&İ çoxsahəli və beynəlxalq əməkdaşlıq fəaliyyətləri vasitəsilə Avropa texnologiyasına və yaradıcılığına töhfə verəcək. SSHARE layihəsi Aİ-nin 2050-ci il üçün “Əlavə Enerji Evləri” konsepsiyasını reallaşdırmaq üçün nanotexnologiya elmində və maşınqayırma sahəsində əldə olunan ən son inkişafların tətbiqinə imkan verəcək.