2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Unviersitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “0-dan biznesə” mövzusunda təlim keçirilib. MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının gənc müəllimi, beynəlxalq dərəcəli təlimçi Babək Hüsüyevin moderatorluğu ilə keçirilən təlimdə universitetin bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
B.Hüsüyev keçirilən təlimin biznes psixologiyasının formalaşdırılması, bacarıqların üzə çıxarılması və şəxsi inkişafa töhfə vermək məqsədi daşıdığını bildirib. O, biznes nədir? “SWOT” analizi, rəqəmsal marketinq, marketinq və bazar araşdırması, maya dəyəri, gəlir, amortizasiya xərclərinin hesablanması barədə məlumat verib.
İştirakçılar tərəfindən maraqla qarşılanan təlimdə suallar cavablandırılıb, müzakirələr aparılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.