Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı və tələbəsi “CISCO” şirkətinin “Networking Academy”nin müvafiq imtahanında iştirak edərək sertifikat əldə ediblər. Əməkdaş və tələbələr 3.5 ay müddətində MDU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşlığa uyğun olaraq elan edilmiş “Technest” təqaüd proqramı çərçvində “Code Factory” MMC tərəfindən keçirilən “Şəbəkə inzibatçılığı” kursunda iştirak ediblər.
İmtahanda iştirak edərək uğur əldə etmiş əməkdaş və tələbələrin sertifikatlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə “Code Factory” MMC-nin əməkdaşları, MDU-nun müəllim və tələbələri iştirak ediblər.
“Şəbəkə inzibatçılığı” kursuna seçilən 22 nəfər eyni zamanda, “CISCO”nun rəsmi şirkəti olan “Networking Academy”nin tələbəsi olublar. Kurs müddətində iştirakçılar müvafiq sahədə öz biliklərini təkmilləşdirməklə yanaşı, müxtəlif virtual və real alətlər, şəbəkə avadanlıqları ilə işləmə imkanı qazanıblar.
Bundan əlavə “Şəbəkə inzibatçılığı” kursunda iştirak etmiş MDU-nun əməkdaşlarından Ceyhun Əlizadə, Dinarə İslamova Elvin Muradzadə və tələbə Elçin İsmayılov “CISCO” rəsmi şirkəti olan “Networking Academy”nin keçirdiyi “CISCO CCNA 2024” beynəlxalq sertifikatnı əldə etmək üçün müvafiq imtahanda iştirak etmiş və uğur qazanıblar.